Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaqdan başqa alternativ yolu yoxdur

0

  •      Bütün tarix boyu baş vermiş müharibələr insanlığa qarşı müxtəlif fəlakətlər və məhrumiyyətlər gətirmişdir. O da məlumdur ki, müharibələrdə iştirak edən tərəflərin avaşın aparılmasındakı mövqeyləri də müxtəlif olur. Yəni, tərəflərdən​ biri təcavüzkar, digəri isə təcavüzə məruz qalan, ədalətli müharibə aparan tərəf mövqeyində olur. Azərbaycan da tarix boyu bir çox müharibələr aparmaq məcburiyyətində qalıb.Təcavüzkarlara qarşı mübarizədə Azərbaycanın bir çox qəhəman oğulları canların qurban vermişlər. Xalqımız sülhsevər, dinc - yanaşı yaşamağı hər şeydən üstün tutan bir xalq olmasına baxmayaraq, təəssüflər olsun ki, bir çox hallarda yadelli işğalçılarla mübarizə aparmaq zorunda qalmışıq. Yəni, bizim istəyimizdən asılı müharibələrə cəlb edilmişik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ XXI əsrin astanasında mənfur qonşularımız olan ermənilər öz çirkin niyyətlərini həyata keçirərək havadarlarının yaxından köməkliyi nəticəsində 20 faiz Azərbaycan əraziini işğal etdilər. Bir milyondan artıq vətəndaşımız öz doğma ata - baba yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının qeyd - şərtsiz azad edilməsi haqqında çıxarılmış​ BMT -nin 4 qətnaməsini, digər​ beynəlxalq qurumların qərarlarını​ qulaq ardına vuran, daim ərköyünlük nümayiş etdirən Ermənistan 30 il torpaqlarımızı işğal altında saxladılar və iş o yerə çatdı ki, cəzasızlıq mühitindən istifadə edən mənfur ermənilər dövlət səviyyəsində Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduqlarını çəkinmədən bəyan etməyə başladılar. Nəticədə heç bir fayda verməyən, imitasiya xarakterli danışıqlardan bezən Azərbaycan, növbəti erməni təxribatı zamanı əks hücuma keçərək 44 gün ərzində torpaqlarını erməni faşistlərindən azad etdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       14 oktyabr 2022 - ci il tarixdə Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında əsas diqqəti müharibədən sonrakı vəziyyətə yönəltmişdir. Prezident qeyd etmişdir ki, ölkəmiz müharibədən sonrakı iki il ərzində 10 noyabr üçtərəfli bəyanatın bütün müddəalarına sadiqlik nümayiş etdirmişdir. Ancaq təəssüflər olsun ki, Ermənistan üzərinə düşən heç bir vəzifəni indiyədək yerinə yetirməmişdir. Bəyanatın əsas müddəalarından olan erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, kommunikasiyaların açılması və sərhədlərin demarkasiyası və delimitasiyası istiqamətində Ermənistan tərəfindən heç bir müsbət addım atılmamışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Daha sonra Prezident İlham Əliyev vurğulamışdır ki, mən müharibədən sonra indiyə qədər bu məsələlər barədə MDB Dövlət Başçıları Şurasının hər hansı bir iclasında danışmamışam. Ancaq bu yaxınlarda Fransa prezidenti Emanuel Makronun​ Azərbaycanın ünvanına səsləndirdiyi təhqiramiz fikirlər məni burada danışmağa məcbur etdi. Biz Fransa ilə, ermənipərəst mövqe sərgiləməsinə baxmayaraq, dövlətlərarası münasibətləri daim yüksək səviyyədə saxlamağa çalışmışıq. Mənim Azərbaycana başçılıq etdiyim müddətdə müxtəlif dövrlərdə Fransaya başçılıq etmiş prezidentlər Jak Şirak, Fransua Oland, Nikola Sarkozi ilə yaxşı münasibətlərim olub ki, bu da iki ölkə arasındakı münasibətlərə öz müsbət təsirini göstərib. Ancaq nədənsə indiki Fransa prezidenti Makron özünü ermənidən daha çox erməni kimi aparmağa cəhd edir, Azərbaycanla dövlət başçısına yaraşmayan küçə​ jarqonu ilə danışmağa çalışır. Belə danışıq bir dövlət başçısına, siyasətçiyə yaraşmaz. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, neçə ki, sülh üçün imkan var, Ermənistan bu fürsətdən yararlanmalıdır. Azərbaycan hal - hazırda ermənilərin törətdikləri vəhşiliklərin, vandallığın nəticələrini aradan qaldırmaqla məşğuldur. Ölkəmiz dağıdılmış infrastrukturu, yaşayış məntəqələrini bərpa edir, yeni yaşayış məntəqələri inşa edir, minalarla çirklənmiş əraziləri təmizləyir dinc quruculuq işləri ilə məşğul olur. Ermənistan isə yenə də şakərindən əl çəkmir, revanşist xülyalarla yaşayır, öz ağalarından yenə də aranı qarışdırmaq üçün təlimatlar gözləyir. Ancaq bütün bunların ermənilərə heç bir faydası yoxdur. Onlar sülhə gəlməsələr, nəticə onlar üçün daha da ağır olacaqdır. Bunu cari ilin 12 sentyabrında baş vermiş hadisələr təsdiq etdi. Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaqdan başqa alternativ yolu yoxdur.​ ​ ​Sadiq Məhərrəmov,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib40 dəfə
    Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaqdan başqa alternativ yolu yoxdur

    Maraqlı gələ bilər
    65
    43
    48
    139